Enter your keyword

Haqqımızda

“ARAZ-L” MMC – təməli  2001-ci  ildə  qoyulmuş, Azərbaycanda yüksək keyfiyyətli sintetik tərkibli təmizləyici vasitələr istehsal edən müəssisədir. Bütün növ təmizləyici və yuyucu vasitələr, o cümlədən həm  məişət həm sənaye tətbiqli  vasitələr istehsal edir.
İstehsal xəttində  Almaniya, Türkiyə , İran  və  yerli  mənşəli olan müasir avadanlıqlardan istifadə olunur. Modern avadanlıqlarla qurulan avtomatik idarəetmə, məhsulların yüksək keyfiyyətdə və qısa zamanda istehsalını təmin edir. Bununla yanaşı, İtaliya, Malayziya, Hindistan, Çin, Fransa, Türkiyə, İran, Misir, Rusiya kimi dünyanın tanınmış qatqı təhcizatçıları olan ölkələrindən  gətirilən xammallar öncə  laboratoriyalarımızda yoxlamadan keçirilir, daha sonra işlənilməsi üçün müəssisəyə təhvil verilir. Məhsullarımızı təkcə yerli bazarda deyil, həm də beynəlxalq bazarda Rusiya və Gürcustan kimi ölkələrdə də satışa çıxarırıq. Müəssisə məhsullarının keyfiyyət göstəriciləri yoxlanılmış və müvafiq sertifikatlar təqdim edilmişdir. ARAZ-L MMC , bu istehsal sahəsində  BP,  Fuadkimya, Azretail kimi xarici və yerli müəssisələrlə əməkdaşlıq  etməkdədir.  Zavodumuzun istehsal etdiyi mallar həm yüksək keyfiyyət göstəricilərinə  həm də  uyğun qiymətlərinə görə müştərilərin hər zaman rəğbətini qazanaraq, bu sahədə zaman keçdikcə  daha böyük nüfuz qazanmaqdadır.